

Presedenttv.com xəbər verir ki, Bakının 8-ci mikrorayonunda, Azadlıq metrosunun yaxınlığında yerləşən Şahənşah Şadlıq evinin havalandırma sistemi ilə bağlı acınacaqlı mənzərə ortaya çıxıb!
Əlimizdə olan görüntülərdən aydın görünür ki, obyektin ətrafı tüstü-duman içərisindədir. Havalandırma sisteminin vəziyyəti isə ciddi suallar doğurur.
Ərazidə yaşayan vətəndaşlar narazıdır. Onların sözlərinə görə, şadlıq evindən yayılan tüstü ətrafı bürüyür, insanlar isə bu vəziyyətdən narahatlıq keçirirlər.
Bəs bu tüstü hara yayılır? İnsanların nəfəs aldığı havanın keyfiyyətinə kim nəzarət edir?
Şadlıq evinin rəhbərliyi havalandırma sisteminə niyə lazımi diqqət göstərmir? Aidiyyəti qurumlar bu vəziyyəti nə vaxta qədər görməzdən gələcək?
Şahənşah Şadlıq evinin rəhbərliyi və aidiyyəti qurumlar bu görüntülərə münasibət bildirməlidir!
Bu tüstü-dumanın səbəbi nədir?