Hörmüz boğazında bir neft tankeri minaya düşüb və alovlanıb.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəminin “Alqaya” olduğunu müəyyən edib. Yanğının qarşısının alınması cəhdləri nəticə verməyib.
SEPAH daha əvvəl gəmilərə sözügedən marşrutdan istifadənin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq etdiyini bildirib.