Marketdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Presedenttv.com əyalətin səlahiyyətli qurumlarına istinadla xəbər verir ki, yanğın Canciakou şəhərində səhər saatlarında baş verib. Çinin Hıbey əyalətində marketdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb
Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən saat yarımdan sonra yanğını nəzarət altına alıblar. Axtarış-xilasetmə işləri başa çatıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.