
Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası oyununun keçirilməsi ilə əlaqədar “Turan Tovuz” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Presedenttv.com xəbər verir ki, PFL-dən AZƏRTAC-a bildirilib ki, klub Azərbaycan Premyer Liqasının VIII turunda oktyabrın 18-də “İmişli”yə qarşı keçirilməsi nəzərdə tutulan matçla XVIII turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşmasının yerlərinin dəyişdirilməsini istəyib.
“Turan Tovuz”un xahişini, “İmişli”nin isə razılıq məktubunu nəzərə alan PFL müraciəti təmin edib. Qərara əsasən, komandalar arasında I dövrədə keçirilməli olan oyun XVIII turdakı qarşılaşma ilə dəyişdirilib.
Beləliklə, VIII tur çərçivəsində “Turan Tovuz” – “İmişli” matçı oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.