PresedentTV.com xəbər verir ki,Yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreyn millisi ilə qarşılaşıblar. Onlar rəqiblərini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.
Yaponiya yer aldığı C qrupunda yeddi oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. "Gündoğar ölkə" təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcəklər.