PresedentTv.com xəbər verir ki, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzillərin verilməsi ilə bağlı bizə xeyili suallar ünvanlanmaqdadır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə bəzi vətəndaşlarımızın dövlətdən pulsuz mənzil almaq hüquqları var.
Kimlər pulsuz mənzil ala bilərlər?
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar. Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarmız və eləcə də valdeyinlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir.