Rusiya tərəfindən təqdim olunan və səsvermə olmadan qəbul edilən mətndə deyilir: “Dəyişən dünya ilə ayaqlaşmaq üçün Baş katibin Birləşmiş Millətlər Təşkilatını gücləndirmək səylərini alqışlayır və BMT-nin strukturları və ixtisaslaşmış qurumlarını islahat addımlarını sürətləndirməyə çağırırıq”.
Qətnamədə 193 üzvdən ibarət Assambleyanın inklüziv və şəffaf olacaq islahatlar prosesində mərkəzi rolu tanınır. Sənəddə, həmçinin müəyyən edilmiş prosedurlara uyğun olaraq, Baş katibin təşəbbüsü çərçivəsində aydın müəyyən edilmiş məqsədlərə və dəlillərə əsaslanan yanaşma əsasında Birləşmiş Millətlər Təşkilatının təsirini gücləndirmək, onun çevikliyini, problemlərin həlli zamanı səmərəliliyi və davamlılığını artırmaq məqsədi ilə verilən təkliflərin qəbul edilməsinin vacibliyi qeyd olunur.