Dağıdıcı yanğından sonra Notr-Dam kilsəsinin bərpası beş il çəkib. “Lakin rəqəmsal nüsxə çox asan olardı”, -deyə “Microsoft” prezidenti Bred Smit ötən ilin noyabrında qeyd etmişdi.
O, bu yaxınlarda nəzəriyyənin praktikada sınaqdan keçirildiyini açıqlayıb və 1345-ci ildə inşa edilən kafedralın “rəqəmsal əkiz” alacağını bildirib.
Notr-Damın rəqəmsal nüsxəsi Fransa Mədəniyyət Nazirliyinin İrs İnstitutu və “Iconem” startapı ilə birgə hazırlanır. “Rəqəmsal əkiz” yaratmaq üçün qabaqcıl vizuallaşdırma texnologiyaları və süni intellektdən (AI) istifadə olunur. “Layihənin məqsədi Notr-Damın hər bir detalını rəqəmsal formatda daimi olaraq qorumaq, onun strukturunun, tarixinin və rəmziliyinin saxlanılmasını və gələcək nəsillər üçün əlçatan olmasını təmin etməkdir”, - deyə “Microsoft” prezidenti paylaşımında yazıb.