Tədbirdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə diqqət yetirilib, Xəzəryanı dövlətlər arasında regional əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
Qazaxıstanın hökumət başçısı qeyd edib: “2000-ci illərin əvvəllərindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası var. Bu və digər problemlərin tədqiqi üçün Qazaxıstanda Xəzər Tədqiqat İnstitutu yaradılıb. Alimlərin proqnozları məyusedicidir. “Bu unikal su anbarını qoruyub saxlamaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var”.
O.Bektenov su problemləri kontekstində Aral dənizi regionundakı vəziyyətə də diqqət çəkib. Qazaxıstan Beynəlxalq Aralın Xilasetmə Fonduna rəhbərlik edir. Bu ölkədə onun bərpası, Kokaral bəndinin möhkəmləndirilməsi, Sırdərya deltasının yenidən yaradılması, balıqçılıq sənayesinin dəstəklənməsi layihələri həyata keçirilir və keçmiş dənizin qurumuş yatağının yaşıllaşdırılması istiqamətində işlər aparılır.