Nazir təbii fəlakət zonasına dəymiş ziyanın ödənilməsi məqsədilə onun ətraflı təhlilini açıqlayıb.
A.Yerlikayanın sözlərinə görə, dövlət tərəfindən ayrılan 128 milyon lirənin 83 milyondan çoxu artıq zərərçəkənlərə təzminat qismində ödənilib.
“Evlərini itirmiş vətəndaşlar 105 modul tipli evə yerləşdirilib. Mən soydaşlarımı anomal istilər şəraitində son dərəcə ayıq-sayıq olmağa çağırıram”, -deyə Türkiyə DİN-in rəhbəri vurğulayıb.
Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkənin yaşıllıq ərazilərində baş verən yanğınların böyük əksəriyyəti insan faktoru ilə bağlıdır.
Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının gündəmində də meşə yanğınları mövzusu var.