Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, İrakli Kobaxidze Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin həmsədrliyi ilə keçirilən tədbirdə iştirak edib. Baş nazir Gürcüstan hökumətinin narkotiklərə qarşı sərt siyasətini xüsusi qeyd edib. İ.Kobaxidze deyib ki, son aylarda Gürcüstanın hüquq-mühafizə orqanları xüsusilə böyük miqdarda narkotik vasitə ələ keçirib və bir neçə onlarla iri narkotik alverçisini həbs edib.