Əməliyyatlar nəticəsində 40 ədəd silah müsadirə olunub. Onların arasında bir piyada alovsaçanı, dörd ədəd Kalaşnikov avtomatı, on iki tapança, iyirmi üç tüfəng, beş qumbara və 800-dən çox sursat var.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.
Qeyd olunur ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi odlu silahların və sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.