Bu barədə Dövlət katibinin mətbuat katibinin müavini Tommi Piqott yazılı açıqlama yayıb.
Piqottun sözlərinə görə, Rubio və Vadeful Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün davam edən səyləri müzakirə ediblər. Rubio bir daha vurğulayıb ki, ABŞ-ın məqsədi münaqişəni mümkün qədər qısa müddətdə başa çatdırmaq və uzunmüddətli sülhə nail olmaqdır.
Vaşinqton bundan əvvəl Ukrayna üzrə 28 bənddən ibarət sülh planı təqdim etmişdi. Sənəd Kiyev və onun Avropadakı tərəfdaşları tərəfindən tənqid olunmuş və onlar mətnə ciddi düzəlişlər etməyə çalışmışdılar. Noyabrın 23-də ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrədə planla bağlı məsləhətləşmələr aparıblar.