RN-in sədr müavini Sebastyən Şenü Le Penin hələ də 2027-ci il seçkilərinə namizəd olduğunu bildirib.
“Əyilməz Fransa” (Lq France İnsoumise-LFI) partiyasının deputatı Matild Pano sorğulara çox önəm verməməyi tövsiyə edib. “Seçki seçki günü keçirilir, sorğular nəticəni əvvəlcədən müəyyən etmir”, - deyə o qeyd edib.
Ekspertlər xatırladır ki, erkən sorğular yalnız ictimai rəyin şəklini göstərir və nəticələr seçki günü dəyişə bilər. Keçmişdə Fransua Fiyon, Alən Jüppe, Diminik Straus-Kan kimi namizədlər də erkən sorğularda favorit olublar, lakin seçkidə fərqli nəticələr alınıb.