Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla bir gün öncəki görüşünü şərh edərkən deyib.
Bununla bağlı keçirilən brifinqdə o qeyd edib ki, Kreml danışıqların texniki detallarını açıqlamağı planlaşdırmır: “Burada əlavə ediləcək bir şey yoxdur. Biz xüsusi bir şey əlavə etməyəcəyik, çünki başa düşürük ki, bu danışıqlar nə qədər sakit aparılarsa, bir o qədər məhsuldar olacaq”.
Rusiya Prezidentinin mətbuat katibi Rusiya tərəfinin Ukrayna münaqişəsinin həlli ilə bağlı Amerika planını rədd etdiyi iddialarını da təkzib edib: “Məsələ ondadır ki, belə birbaşa fikir mübadiləsi dünən ilk dəfə baş tutdu və yenə də dünən deyildiyi kimi, bəzi şeylər qəbul olundu, digərləri isə qəbuledilməz kimi qeyd edildi və bu, kompromis tapmaq üçün normal iş prosesidir”.