bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib. Kobaxidzenin sözlərinə görə, AK-nın toplantısında beş Mərkəzi Asiya və iki Cənubi Qafqaz ölkəsi iştirak edib, lakin Gürcüstan dəvət edilməyib. Baş nazir bildirib ki, Avropa Komissiyası həmin ölkələr arasında Gürcüstanı “ən qeyri-demokratik ölkə” hesab edib və bunun nəticəsində Gürcüstan yalnız səfir səviyyəsində iştirak hüququna malik olub. Baş nazir bu yanaşmanı “qeyri-ciddi” adlandırıb və Avropa bürokratiyasında yaranmış vəziyyətin ölkənin inkişaf prosesinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.