“Zeit” nəşri Almaniya Kansleri Fridrix Mertsin öz ofisində Ukrayna Prezidenti ilə görüşdüyünü yazıb.
Dekabrın 15-də Kansler Fridrix Merts və Prezident Volodimir Zelenski, Avropanın bir sıra dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, eləcə də Avropa İttifaqının və NATO-nun yüksəkvəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair görüşdə iştirak edəcəklər. ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkof və Cared Kuşner də görüşdə iştirak etmək üçün Berlinə gəliblər.[spoiler][/spoiler]