muzeyin yaydığı məlumata görə, oğruların qarət sonrası atıb getdikləri bu qiymətli zinət əşyası demək olar ki, bütövlüyünü qoruyub saxlayıb və onun bərpası mümkün olacaq.
Xatırladaq ki, ötən ilin oktyabrın 19-da Luvrda baş verən oğurluq hadisəsindən sonra imperatriça Evgeniyanın tacı Apollon qalereyasının yaxınlığında tapılıb. Cinayətkarlar vitrindən çıxardıqları tacı özləri ilə apara bilməyərək hadisə yerində atıb gediblər.