Presedenttv.com xəbər verir ki, Binəqədi rayonu, 272 saylı uşaq bağçasında da balaca fidanların ən yaddaqalan günlərindən biri olan “Son zəng” tədbiri böyük sevinc və coşqu ilə qeyd olunub. Tədbirdə bağçanın müəllim heyəti, valideynlər, qonaqlar və körpələrin yaxınları iştirak ediblər. Bayram ab-havasında keçən tədbir uşaqların yaddaşında unudulmaz anlarla qalıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra bağçanın balaca məzunları bir-birindən maraqlı şeirlər səsləndirib, mahnılar oxuyub, rəngarəng rəqs nömrələri ilə çıxış ediblər. Körpələrin səhnədə nümayiş etdirdiyi bacarıqlar tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılanıb.
Müəllimlər çıxış edərək uşaqların bağçada keçirdikləri illər ərzində qazandıqları bilik və bacarıqlardan söz açıblar. Bildirilib ki, bu gün artıq məktəb həyatına qədəm qoymağa hazırlaşan balacalar üçün həm sevinc, həm də duyğulu bir gündür. Valideynlər isə övladlarının ilk uğurlarını izləməyin qürurverici olduğunu qeyd ediblər.
Tədbir boyunca uşaqların ifasında səslənən “Son zəng” kompozisiyaları, müxtəlif səhnəciklər və əyləncəli proqramlar tədbirə xüsusi rəng qatıb. Balacaların sevinc dolu anları valideynlər tərəfindən maraqla izlənilib, xatirə şəkilləri çəkilib.
Sonda bağçanın rəhbərliyi uşaqlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb, onların hər birinin vətənə layiqli, savadlı və vətənpərvər övlad kimi böyüyəcəyinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, “Son zəng” tədbiri uşaqlar üçün həm bağça həyatı ilə vidalaşmaq, həm də yeni bir mərhələyə — məktəb həyatına ilk addım atmaq baxımından xüsusi əhəmiyyət daşıyıb.
Baş redaktor: İntizar Əmirova