Nyu-Yorkda təşkil olunan plenar iclas çərçivəsində baş tutacaq səsvermədə Latviyanı ölkənin xarici işlər naziri Baiba Braje təmsil edəcək.
Seçki nəticələrinin bu gün yerli vaxtla saat 18:15-də açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Latviya tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasına üzv olmaq üçün namizədliyini irəli sürüb. Seçkilərdə Latviyanın rəqibləri Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası və Liberiyadır. Ölkə Şərqi Avropa Qrupuna ayrılmış bir yer uğrunda mübarizə aparır.