Agentlik bildirir ki, 2015-ci ildə bəşəriyyət 2025-ci ilədək uşaq əməyinin ləğv edilməsini qarşıya məqsəd qoymuşdu. Bu sahədə yaxşılaşma olsa da, məqsədə nail olunmayıb. 2020-ci ildə dünyada 160 milyondan çox uşağın əməyindən istifadə edilirdisə, 2024-cü ildə göstərici 137,6 milyon nəfərə düşüb.