

PresedentTv.com xəbər verir ki, Astanada Novruz bayramına həsr olunmuş bayram tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirləri şəhər meydanında Akimat binasının qarşısında, Qazax Eli və Bayterek abidələrinin yaxınlığında, həmçinin “Astana Arena” stadionunun ərazisində və EXPO meydançasında keçirilib.
Burada milli musiqi səslənib, sənətkarlıq yarmarkaları açılıb, ənənəvi yeməklər hazırlanır. Milli idman növləri üzrə də yarışlar keçirilib, qaliblərə qiymətli hədiyyələr və xatirə hədiyyələri təqdim olunur.
Şəhərin bir neçə rayonunda ənənəvi yurtalar qurulub, bayram yarmarkaları təşkil olunub.