Yer oksigeninin təxminən 50–80%-i fitoplanktonların payına düşür. Bunlar okeanlarda yaşayan mikroskopik yosunlardır. Onlar fotosintez prosesi ilə Günəş işığını istifadə edib, karbon qazını udub oksigen buraxırlar. Yəni “planetin ağciyərləri” Amazon meşələri deyil, okeanlardır.
Meşələr, otluqlar və digər yaşıl bitkilər də fotosintez edir, lakin planetin oksigen payında az iştirak edirlər. Hətda Amazonun “istehsal” etdiyi oksigen elə oradakı canlılar tərəfindən istifadə edilir.