

Gənclik ərazisində yerləşən Yeni il yarmarkasında çəkiliş zamanı sanitar normalara uyğun olmayan vəziyyətlər aşkarlanıb. Xəstəliklərin sürətlə yayıldığı bir dövrdə satışa çıxarılan ətlər, süd məhsulları və ədviyyatlar açıq vəziyyətdə müştərilərə təqdim olunur.
Xüsusilə ədviyyatların üzərinin örtülməməsi, havada qalan hissəciklərlə təmasda olması, onların gigiyenik tələblərə cavab vermədiyini göstərir. Qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğuran bu vəziyyət, istehlakçıların sağlamlığını riskə atır.
Məsələ ilə bağlı aidiyyəti qurumlarla söhbətdən sonra mövzuya yenidən qayıdılacaq.
Baş redaktor; İntizar Əmirova 