🆕 Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.
📑 Bu barədə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.
🔝 Hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir. Tikintiyə $250 milyondan çox vəsait xərclənib.
🔄 Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb.