İran tərəfindən irəli sürülən şərtləri yerinə yetirməyənədək Vaşinqtonla danışıqlar aparılmayacaq.
Presedenttv.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi sosial şəbəkədə yazıb.
Rzayi ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı “ziddiyyətli siqnallar” verdiyini də vurğulayıb.
Qeyd edək ki, Tramp Tehranla danışıqların bərpa edilib-edilməyəcəyinə qərar verəcəyini və diplomatik həll yoluna açıq olduğunu bildirib.