Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.