
Azərbaycanın U-21 millisinin və Kiprin “Pafos” komandasının futbolçusu Murad Məmmədovun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.
Presedenttv.com Kipr mətbuatına istinadən xəbər verir ki, zədəsini tam sağaldan 20 yaşlı yarımmüdafiəçi milli komandalar üçün yaranmış fasilə başa çatdıqdan sonra oynamağa hazır olacaq.
Onun zədədən sonra hazırda bərpa prosesi keçdiyi bildirilib.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Murad Məmmədov bu ilin iyun ayında “Pafos” klubuna keçib. Futbolçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.