
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaq.
Presedenttv.com xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəni yarışda 4 idmançı təmsil edəcək.
Bunlar Zəhra İsayeva (44 kiloqram), Gülnar Rəsulzadə (52 kiloqram), Novruz Əliyev (55 kiloqram) və Adil Kazımlıdır (73 kiloqram) .
Qeyd edək ki, komanda mübarizəyə oktyabrın 3-də qoşulacaq.