Almaniya hökuməti Bundesver hərbçilərinin Qırmızı dənizdə və Cənubi Sudandakı missiyalarının uzadılması barədə qərar qəbul edib.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, hökumətin qərarına əsasən, Almaniya hərbçilərinin Avropa İttifaqının Qırmızı dənizdəki böhranla əlaqədar həyata keçirdiyi dəniz təhlükəsizliyi missiyasında (EUNAVFOR ASPIDES) və BMT-nin Cənubi Sudandakı (UNMISS) missiyalarında iştirakı 2027-ci il oktyabrın 31-dək uzadılacaq. Həm EUNAVFOR ASPIDES, həm də UNMISS missiyalarında alman hərbi qulluqçularının sayı dəyişməz olaraq qalacaq. Bu missiyalarda Almaniyanın müvafiq olaraq 350 və 50 hərbçisi iştirak edir.
Hökumətin bu qərarı Bundestaq tərəfindən təsdiqlənməlidir.
EUNAVFOR ASPIDES missiyası husilərin 2023-cü ilin oktyabrından etibarən beynəlxalq gəmiçiliyə qarşı həyata keçirdikləri hücumlara cavab olaraq, 2024-cü ilin fevralında Aİ tərəfindən təsis edilib. Bu missiya Qırmızı dənizdə və ətraf sularda ticarət və kommersiya gəmilərinə qarşı davam edən təhdidlər fonunda naviqasiya azadlığının təmin olunması məqsədilə həyata keçirilir.
BMT missiyasında isə Bundesver 2011-ci ildən iştirak edir. Almaniyanın missiyaya verdiyi töhfəyə Sudanın Cuba şəhərindəki BMT qərargahındakı şəxsi heyət, eləcə də əlaqələndirici, məsləhətçi və dəstək rollarına malik hərbi müşahidəçilər və ekspertlər daxildir.