PresedentTv.com xəbər verir ki, Kambocada yaşayan Ronin adlı siçan Ginnesin Rekordlar Kitabına düşüb.
Maya.news xəbər verir ki, buna səbəb siçanın 2021-ci ilin avqustundan 2025-ci ilin fevralına qədər 109 mina və 15 partlamamış sursat tapmasıdır.
Roninin müəyyənləşdirdiyi minalar mütəxəssislər tərəfindən təhlükəsiz şəkildə partladılıb.
Qeyd edək ki, minaların təmizlənməsində heyvanlardan, xüsusilə də siçanlardan geniş istifadə olunur.
Siçanlar çəkiləri az olduğuna görə minaları partlatmır və qoxu bacarıqları sayəsində onların yerini müəyyənləşdirə bilirlər.