Gecə yatmazdan əvvəl dişlərinizi fırçalamamaq təkcə ağız sağlamlığınıza deyil, həm də ürək sağlamlığınıza təsir edə bilər. Yaponiyada aparılan araşdırmaya görə, gecələr dişlərini fırçalamayan insanlarda ürək-damar xəstəlikləri riski daha yüksəkdir. Çünki ağızda yığılan bakteriyalar gecə ərzində bütün bədənə yayılaraq ürəyə təsir edərək iltihaba səbəb ola bilər.