Presedenttv.com xəbər verir ki, marketlərə girəndə hər kəsin diqqət etdiyi ilk nüans aldığı məhsulun təzə, bir sözlə istehlak tarixinin yerində olmasıdır. Uzunmüddətli istehlak tarixi olan qidalar bizə daha təzə, daha zərərsiz görünür. Lakin bu heç də elə deyil. Bəzən bu göstəricilər insanları yanılda da bilər. Təssüflər olsun ki, bir çox marketlərdə vaxtı keçmiş və ya qurdlu qidalara rast gəlinir.
Presedenttv.com-un məlumatına görə, belə marketlərdən biri də Sumqayıt şəhərində məhəllə-4, Nizami küçəsində yerləşən Al marketdir. Bu marketdə köhnə qurdlu şakaladlar və konfetlər aşkarlanıb.
Təssüflər olsun ki, müştəri aldığı qurdlar içərisində olan şakaladı bizə təqdim edərkən, körpəsinin bu şirniyyatla qidalandıqdan sonra halının dəyişdiyini və şakaladların qurdlu olduğunu aşkarlayıblar. 
Xüsusi müxbir: İntizar Əmirova