Hər il bayramda Azərbaycanda evlərdə şəkərbura, paxlava və müxtəlif cür şirniyyatlar bişirilir. Son dövrlərdə də şirniyyatların nə qədər ziyanlı olduğunu, insanların çəki artımına səbəb olduğunu dietoloqlar və həkimlər xususilə qeyd edirlər. Bəs biz necə edək? Əziz bayramlarımızda adət etdiyimiz şirniyyatlardan uzaq duraqmı? Heç düşündünüz ki, bu şirniyyatları etməsək, bayramımızın simvollarının bir hissəsini itirmiş olarıq.. Mənim fikrimcə ortaq məxrəcə gəlmək lazımdır. Razılaşma yolu ilə... Heç kimə ziyan dəyməsin. Nə şiş yansın, nə də kabab... Bunun üçün norma həddini aşmamaq lazımdır. Yeyilsədə hər kəs bayram ərəfəsində gündə 1ədəd şəkərbura və paxlava yesə norma həddini aşmış olmaz. Təbii ki, şəkər xəstələri və allergik xəstələri bu məsləhətə qulaq asmasın. Bu təkcə mənim fikrim deyil elə həkim və dietoloqlarda belə fikirləşirlər. Əsas odu sağlam və gözəl bayram keçirək.
Müxbir: Günay Abilova