Jurnalistlər nümayəndə heyətlərini daşıyan avtomobillərin konsulluğun binasına daxil olduğunu bildiriblər. Müzakirələr bağlı qapılar arxasında aparılır.
Danışıqlarda İranı xarici işlər nazirinin müavinləri səviyyəsində Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edirlər. Rəsmi Tehran 2015-ci il nüvə sazişini imzalayan avropalıların tələbi ilə danışıqları bərpa etməyə razılıq verib.
Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 qrupu daha əvvəl xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar üçün mayın 16-da İstanbulda İran rəsmiləri ilə görüşmüşdü.
Tərəflər İran ilə ABŞ arasında davam edən dolayı danışıqlara paralel olaraq dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.