İyulun 25-də Krtsanisidəki NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) təlimin rəsmi açılışı olub.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində çıxış edən şəxslər beynəlxalq təlimin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Gürcüstanda keçirilən beynəlxalq təlimə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.
Təlimin açılış mərasimində Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri, Gürcüstanda akkreditə olunmuş hərbi attaşelər, NATO Əlaqə Bürosunun, NATO-Gürcüstan Əhəmiyyətli Paketi (SNGP) Əsas Qrupunun, ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı Ofisinin (ODC) və Avropa İttifaqının Monitorinq Missiyasının nümayəndələri iştirak ediblər.