“Carbon Monitor”un məlumatına görə, 2025-ci ilin birinci yarısında Çində karbon qazı emissiyaları 2,7 % azalıb, ABŞ-da isə bu rəqəm eyni dövrdə 4,2 % artıb.
Analitiklər hava və ticarət müharibələri kimi qısamüddətli amillərin builki rəqəmlərə təsir etdiyini qeyd edərək bildiriblər ki, davamlı tendensiya haqqında danışmaq üçün hələ tezdir. Buna baxmayaraq, dərc edilmiş məlumatlar planetdəki iqlim dəyişikliyinə təsir edən dünyanın ən böyük karbon emissiyasına malik iki ölkəsinin trayektoriyasını vurğulayır.
Aydındır ki, Çində günəş elektrik stansiyaları və elektrikli nəqliyyat vasitələrinin satışı artıb. Bu amil ölkə iqtisadiyyatını daha yaşıllaşdırmaq səylərini sürətləndirir. Həmin fonda artan elektrik tələbi və yüksək təbii qaz qiymətləri ABŞ-ın zəifləyən kömür sektorunun canlanmasına kömək edib, üstəlik, ABŞ Prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə bağlı genişmiqyaslı qaydaları və təmiz enerji subsidiyaları sistemini kəskin şəkildə dəyişdirib.