Yeni qanun 2008-ci il təvəllüdlü gənclərdən başlayaraq kişilər üçün məcburi tibbi müayinənin tətbiqini nəzərdə tutur. Lakin hərbi xidmətə getmək könüllülük əsasında həyata keçiriləcək. Bu proses 2027-ci ilin iyulun 1-dən sonra başlayacaq. Almaniya Silahlı Qüvvələri (Bundesver) həmin vaxta qədər prosesi həyata keçirmək üçün lazımi infrastrukturu formalaşdırmalıdır.