Hörmüz boğazından keçən kommersiya gəmilərinin hərəkəti ABŞ-İran münaqişəsindən əvvəlki səviyyə ilə müqayisədə təxminən 90 faiz aşağı olaraq qalır.
Presedenttv.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ticarət Gəmiçiliyi İdarəsinin hesabatında bildirilib.
Məlumata görə, 24-26 iyun tarixlərində qeydə alınan ən aşağı göstəricilərdən sonra boğazdan keçən gəmilərin sayında sabit axın müşahidə olunur. Gəmiçilik trafikində tankerlər üstünlük təşkil edir.
Hesabatda qeyd olunur ki, Oman sahillərindən cənub istiqamətində olan marşrut hələ də ən yüksək riskli dəhliz olaraq qalır. Sursatla bağlı qeydə alınan 35 hadisədən 22-si məhz bu ərazidə baş verib.
Bildirilib ki, son yeddi gün ərzində ABŞ ordusu İranla əlaqəli ticarət gəmilərinin Hörmüz boğazından keçməsinin qarşısını almaq məqsədilə tədbirləri gücləndirib.