Fransanın keçmiş baş naziri və “Renessans” Partiyasının prezidentliyə namizədi Qabriel Attal Avropa İttifaqının (Aİ) gələcək inkişafı ilə bağlı yeni konsept irəli sürüb.
Presedenttv.com xəbər verir ki, Attal Aİ-yə üzv ölkələr arasında iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsini və birlik daxilində daha sıx, çevik əməkdaşlıq mexanizminin formalaşdırılmasını təklif edib.
Təşəbbüs biznes qanunvericiliyinin eyniləşdirilməsini və strateji sahələrə birgə investisiyaların yatırılmasını nəzərdə tutur.