Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum ölkədə həyata keçirilən təhlükəsizlik və inteqrasiya prosesləri çərçivəsində yaradılan Takip və Qiymətləndirmə Şurasının alt strukturları barədə diqqətçəkən bəyanat verib.
Presedenttv.com xəbər verir ki, Mehmet Uçum ömürlük azadlıqdan məhrum edilmiş PKK lideri Abdullah Öcalanın Şuranın tərkibində fəaliyyət göstərəcək "Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası"nda yer alacağını açıqlayıb.
Baş müşavir vurğulayıb ki, bu qərar Öcalanın əfv olunması və ya sərbəst buraxılması mənasına gəlmir. Uçumun sözlərinə görə, təşkilatın silahsızlaşdırılması və ləğvi üçün bu dialoq mexanizminin yaradılması prosesin tələbidir.