• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Azərbaycanı iki yerə bölüblər” – Keçmiş nazirdən İran diplomatına SƏRT CAVAB

Siyasət

Dün, 14:00


“Biz başa düşməliyik ki, indiki İran müharibə vəziyyətindədir. Yəni onun geopolitik vəziyyəti günü-gündən dəyişir. Bu baxımdan, hansısa bir kiçik ölçüdə olan səfirin təlimatlarının ardıcıl şəkildə dəyişdiyinə inanmıram”.

Presedenttv.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, yaxın gələcəkdə bu mövzuya aid İranın mövqeyi daha konstruktiv olacaq:

“Qısacası, səfir diplomatik baxımdan İranın maraqlarına uyğun olmayan bir bəyanat verdi. Əminəm ki, yaxın gələcəkdə bu mövzuya aid İranın mövqeyi daha konstruktiv olacaqdır. Ən azı ona görə ki, indi Azərbaycan demək olar ki, İrana humanitar yardımın çatdırıldığı yeganə ölkələrdən biridir. Bu baxımdan, belə bir vəziyyətdə dost və qardaş xalq olan Azərbaycana qarşı bu cür bəyanatlar səsləndirmək diplomatik və siyasi məntiq baxımından əsassız və yersizdir”.  

Politoloq əlavə edib ki, bizim üçün ən yaxşı variant tarixi ədalətin bərpa olunmasıdır:

“Mən hesab edirəm ki, ən yaxşı variant tarixi ədalətin bərpa olunmasıdır. Bilirsiniz ki, Azərbaycanın hələ də Ermənistanla mübahisəli olan əraziləri var, çünki delimitasiya və demarkasiya prosesi həllini tapmayıb. Bunu Moskva da təsdiqləyir. Yadınızdadırsa, vaxtilə onlar cavab verirdilər ki, sərhəd delimitasiyası və demarkasiyası tamamlanmadığı üçün KTMT-nin hansı sərhədləri müdafiə etməli olduğunu bilmirlər. Hər kəsin öz fikri var, lakin bizim üçün ən yaxşı variant tarixi ədalətin bərpa olunmasıdır”.

T. Zülfüqarov vurğulayıb ki, vaxtilə Azərbaycana qarşı tarixi ədalətsizlik edilib:

“Azərbaycan hökuməti digər yollarını və təhlükəsizliyini necə təmin edirsə, müvafiq qurumlarımız bu yolun da təhlükəsizliyini elə təmin edəcəklər. Çünki vaxtilə Azərbaycana qarşı tarixi ədalətsizlik edilib və ölkəmizi iki yerə bölüblər. Bunu bolşeviklər və kolonial qurumlar ediblər. Əslində, hansısa bir siyasi partiyanın qurumları Azərbaycan xalqının və heç kəsin rəyini soruşmadan bizim ərazimiz barədə qərar qəbul ediblər. Konstitusiyaya zidd olan hərbi və partiya qurumları qanunsuz qərar çıxarıblar. Ona görə də ən yaxşı yol bu haqsızlığa son qoyulması və vaxtilə bizdən qanunsuz alınan ərazilərin geri qaytarılmasıdır”.

Qeyd edək ki, ötən gün İranın Ermənistandakı səfiri Xəlil Şirqolami növbəti dəfə təxribatçı açıqlama verib. Şirqolami qeyd edib ki, alternativ nəqliyyat layihələrində də Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün əsas məsələ olaraq qalır. Səfir eyni zamanda diplomatik etikanı aşaraq Azərbaycana qarşı konkret tələb irəli sürüb.

“Azərbaycan Ermənistanla İran arasında Naxçıvan vasitəsilə əlaqənin təmin edilməsinə görə məsuliyyət daşımalıdır”, - Şirqolami bildirib.

Paylaş:
Digər xəbərlər

Gündəm

11-05-2025, 19:04

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər.

Gündəm

12-11-2024, 19:42

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi

Siyasət

22-05-2025, 22:47

Məhkəmədə Ermənistanın Azərbaycana hərbi müdaxilə öhdəliyini götürməsi barədə məxfi sənədin olması ifşa edildi

Gündəm

8-04-2025, 08:36

David Babayandan etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi

Gündəm

31-03-2025, 09:23

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
Bugün, 15:20
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapıldı
Dün, 12:00
Sıla Türkoğlunun həmin serialla bağlı məhkəmə işində qərar
17-09-2026, 18:00
“Kurtlar Vadisi” olayı: HƏBSLƏR BAŞLADI
13-09-2026, 10:30
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
8-09-2026, 23:11
Bakıda restorana məxsus transformator yanır
5-09-2026, 19:00
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 17:30
    Göygölə dolu düşüb - FAKTİKİ HAVA
  • Bugün, 16:30
    Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub
  • Bugün, 15:20
    Həkəri çayında iyulda batmış şəxsin meyiti tapıldı
  • Bugün, 15:00
    Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötdü
  • Bugün, 14:55
    Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
  • Bugün, 14:10
    ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
  • Bugün, 13:30
    Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
  • Bugün, 12:30
    Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
  • Bugün, 07:30
    Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır
  • Dün, 23:45
    Ən çox gəlir gətirən aktyor oldu
  • Dün, 19:00
    "Bir zamanlar İstanbul"dan sonra bu serialda görəcəyik - Foto
  • Dün, 15:30
    Məsciddə terror aktı: 15 nəfər öldü
  • Dün, 15:10
    2027-ci ildə vergi və gömrükdə yeni mərhələ
  • Dün, 15:00
    Afradan haqqında çıxan xəbərlərə münasibət - Foto
  • Dün, 14:50
    Fransadan Avropa İttifaqı ilə bağlı təklif
  • Dün, 14:40
    Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır – Nazirlik məlumat yaydı
  • Dün, 14:30
    Abdullah Öcalanla bağlı ŞOK QƏRAR
  • Dün, 14:00
    Hindistan və Pakistan yenidən üz-üzə: 79 illik düşmənçilikdə yeni gərginlik
  • Dün, 14:00
    “Azərbaycanı iki yerə bölüblər” – Keçmiş nazirdən İran diplomatına SƏRT CAVAB
  • Dün, 13:40
    Bu ölkə müharibəyə hazırlaşır
  • Dün, 12:00
    Sıla Türkoğlunun həmin serialla bağlı məhkəmə işində qərar
  • Dün, 10:30
    Formula 1-də Bakıda yolların hərəkət rejimi belə olacaq
  • Dün, 05:00
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 20:40
    Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü: Hansı layihələr müzakirə olundu?
  • 17-09-2026, 20:30
    Beton dövrü başa çata bilər: Səhra qumundan yeni tikinti materialı hazırladılar
  • 17-09-2026, 18:00
    “Kurtlar Vadisi” olayı: HƏBSLƏR BAŞLADI
  • 17-09-2026, 17:00
    “Sabah” akademiyasından böyük uğur
  • 17-09-2026, 16:00
    Əziz Yıldırımdan iddialı açıqlama
  • 17-09-2026, 13:00
    “Liverpul” keçmiş ulduzunu geri qaytarır
  • 17-09-2026, 11:30
    İspaniya millisi Fuente ilə bağlı qərar verdi
  • 17-09-2026, 10:30
    Xankəndi FK-da yeni sima: Vəzifə verilən xanımın adı bəlli oldu - FOTO
  • 17-09-2026, 10:00
    İsrail mediasından Rusiya və İranla bağlı sensasion iddia
  • 17-09-2026, 10:00
    Şərikli çörəy”in ssenaristi vəfat etdi
  • 17-09-2026, 09:20
    Ərdoğan Avropa İttifaqına üzvlükdən danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə