bunu sülh danışıqları ilə əlaqədar Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında deyib.
Müzakirələrdə yer alan bəzi məsələlərin Ukraynanın mövqeyinə zidd olduğunu vurğulayan V.Zelenski onları sənədlərin yeni versiyalarında görmək istəmədiyini bildirib: “Mənim üçün Ukraynanın ləyaqəti və ərazi məsələləri çox əhəmiyyətlidir. Bu, əlbəttə ki, çox ağrılı məsələdir. Rusiya çox şey istəyir. Bu, çox uzun bir dialoqdur. Biz onların nə istədiyini çox yaxşı anlayırıq. İnsanlar buna inana bilir, ya da inanmaya bilir. Amma biz tam dəqiq bilirik ki, onlar nə istəyirlər”.