vankomisin digər preparatlara davamlı infeksiyaların, o cümlədən qan infeksiyalarının müalicəsində tətbiq olunur. Onun dozasına nəzarət son dərəcə vacibdir, çünki dozanın az olması infeksiyanı məhv etmir, həddən artıq olması isə böyrəklərin zədələnməsinə, hətta pasiyentin ölümünə səbəb ola bilər. Hazırda bu nəzarət bir neçə dəfə qan analizinin götürülməsi yolu ilə aparılır ki, bu da invaziv və vaxt aparan prosedurdur və həkimlərə hər zaman lazımi məlumatları operativ şəkildə əldə etməyə imkan vermir.