ABŞ-İsrail hücumlarında həlak olan İranın mərhum lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana gələn Yılmaz “X” sosial media platformasındakı hesabında Pezeşkian ilə görüşü barədə paylaşım edib.
O bildirib: “Qardaş İran xalqının ötən dövrdə yaşadığı ağrıları ürəkdən bölüşürük. Türkiyə olaraq, bölgəmizdə davamlı sülh və sabitliyin bərqərar olmasına, dialoq kanallarının gücləndirilməsinə, müharibədən sonra normallaşma prosesini dəstəkləmək səylərinə töhfə verməyə davam edəcəyik”.