Əraqçi “X” sosial platformasındakı paylaşımında qeyd edib: “Memorandumun 13-cü bəndi aydındır. Təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin”.
Pakistanın vasitəçiliyi ilə Vaşinqton ilə Tehran arasında İslamabad Anlaşma Memorandumu (MOU) İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Trampın elektron şəkildə imzalamasından sonra iyunun 18-də qüvvəyə minib.