CHP-nin sabiq sədri Özgür Özel bu gün 91 millət vəkili ilə birlikdə rəsmi şəkildə CHP-dən istefa edib. Bununla da CHP-nin Türkiyə Böyük Millət Məclisindəki mandat sayı 44-ə enib.
Özgür Özel yeni partiyasının yaradılması ilə bağlı təsis sənədini də imzalayıb. CHP-dən ayrılan 91 deputatın imzası ilə partiyanın qeydiyyatı üçün müraciət Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim olunacaq.