“Qazaxıstan Temir Jolu” ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, qatarın tərkibində elektronika, mebel, istehlak malları və digər məhsullarla dolu 50 konteyner var.
2024-cü ilin fevral ayından istismara verilən Sian şəhərindəki Qazaxıstan-Çin terminalı bu günə qədər 200 min tondan çox yük emal edib və beynəlxalq ticarətdə mühüm logistika platformasına çevrilib.
Bu terminaldan 100 mininci konteynerin yola salınması TITR marşrutu üzrə daşımaların artan tələbatını və terminalın bu prosesdəki əhəmiyyətli rolunu təsdiqləyir. Eyni zamanda, bu, iki ölkənin logistika tərəfdaşları arasında səmərəli əməkdaşlığın göstəricisidir.