Presedenttv.com xəbər verir ki, Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Presedenttv.com bölgə müxbirinə bildirilib ki, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək, yolu yararsız hala salıb. Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.
Agentliyin əməkdaşları əraziyə cəlb olunublar. Qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib.
Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.