
Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
ADY bu cür havada görmə məsafəsinin məhdudlaşa və yer səthinin sürüşkən ola biləcəyini nəzərə alaraq, sərnişinləri platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırır.